yalqizliq

22 Ocak 2012

Yalnızlıq yalnız bir söz deyil; bir həyatdır. Ümidlə gözləmək, göz yaşlarını tutmaqdır…….

Yazar: yalqizliq | Kategori: Genel

Yalnızlıq yalnız bir söz deyil; bir həyatdır. Ümidlə gözləmək, göz yaşlarını tutmaqdır……..

Bilirsinizmi yalnızlıq necə ağrı verir insana?Soyuq bir otaqda tək başına yatmaq necə ağrıdar ürəyinizi…
Yalnızlıq çoxuna görə sadə bir sözdən ibarətdir.Amma heç düşündünüzmü yalnız, istədiyinizdə deyil,hər vaxt yalnız olsaydınız; həyatınızın necə olacağını.
Yalnızlıq bir ananın qaranlıq gecələrdə oxuyan uşağını düşünərək səhərləməsidir.Yalnızlıq bir əsgəri gözləyən gənc qızın yatmadan əvvəlki duasıdır.Yalnızlıq dərdlərini boş divarlara izah etdiyində onların sənə cavab verməsini istəyərcəsinə boş-boş divarlara baxmağındır.Yalnızlıq evə qayıtdıgında sevdiyin adamın cansız bədəniylə qarşılaşmağındır.Ölümdür yalnızlıq; soyuqdur… Atəş kimi yanan ürəyinlə sevdiyinin sənə gəlməsini gözləməkdir yalnızlıq. Üşüməkdir onsuz boş yataqda, ağlamaqdır.Darıxmaqdır yalnızlıq; həsrətlə gözləməkdir.
Yalnızlıq yalnız bir söz deyil; bir həyatdır. Ümidlə gözləmək, gözyaşlarını tutmaqdır

yazar: can dostum elay mehemmedi

"Yalnızlıq yalnız bir söz deyil; bir həyatdır. Ümidlə gözləmək, göz yaşlarını tutmaqdır……." için Yorum Yok

Yorum Formu

*